02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov yenidən sabiq MTN rəhbəri Eldar Mahmudovun qızını məhkəməyə verib.

Bu barədə GununNebzi.az Unikal.org-ya istinadən xəbər verir ki, A.Qaraşov “Caspian Service” MMC və Mahmudova Nərgiz Eldar qızı barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, A.Qaraşov keçən il eyni səbəbə görə məhkəməyə müraciət etmişdi.

Tarix: 12-04-2021, 16:25 Oxunub: 190


Bölməyə aid digər xəbərlər