23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Məhkəmə Eldar Həsənovu həbsdə saxladı

Məhkəmə Eldar Həsənovu həbsdə saxladıNəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı müdafiəçinin vəsatətinə baxılıb.

GununNebzi.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.


Tarix: 12-09-2020, 18:40 Oxunub: 178


Bölməyə aid digər xəbərlər