23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
I sinfə qəbulla bağlı Çağrı Mərkəzi fəaliyyət göstərir

I sinfə qəbulla bağlı Çağrı Mərkəzi fəaliyyət göstərir


Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb.

GununNebzi.az xəbər verir ki, Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.

Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Tarix: 28-04-2021, 19:36 Oxunub: 281


Bölməyə aid digər xəbərlər