01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Azad Rəhimovun oğlu atasının yaxınlarına MÜRACİƏT ETDİ

Azad Rəhimovun oğlu atasının yaxınlarına MÜRACİƏT ETDİ


"Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu".

GununNebzi.az xəbər verir ki, bunu dünyasını dəyişən nazir Azad Rəhimovun oğlu Arif Rəhimov sosial şəbəkə hesabında yazıb.

Oğlu bildirib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər, dövlətini sevən vətəndaş idi:

"Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.

Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi.
Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.

Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik".

Qeyd edək ki, Azad Rəhimov 4 aydır ABŞ-dakı klinikaların birincə müalicə olunurdu.

Tarix: 1-05-2021, 09:27 Oxunub: 180


Bölməyə aid digər xəbərlər
4-03-2021, 09:54 Azad Rəhimovdan xəbər var