01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
"Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər" - Millət vəkili

"Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər" - Millət vəkili


“Hazırda manatın məzənnəsinə təsir edən iki amil müsbət istiqamətdədir”.

GununNebzi.a
z-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bunlar neftin qiyməti və makroiqtisadi göstəricilərdir. Onların hər ikisi devalvasiyaya əsas olmadığını göstərir: “Büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manatın məzənnəsinə çox müsbət təsir edir. Neftin hazırkı qiyməti büdcədə nəzərdə tutulandan 33 faizədək yüksəkdir. Amma kommersiya bankları bu gün dolların satışına məhdudiyyət qoyub. Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var. Mərkəzi Bankdan kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.

Deputat qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı geniş planlı işlər gedir: “Hər işin əvvəli çətindir. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndiririk. Amma transplantasiya ilə bağlı məsələlər tibbi sığortadan kənarda qalır. Bununla bağlı Nazirlər Kabineti yeni qərar versə, yaxşı olardı. Xüsusilə qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxşı olardı”.(Unikal.org)

Tarix: 4-05-2021, 12:06 Oxunub: 155


Bölməyə aid digər xəbərlər