23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı rəsmi açıqlama

Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı rəsmi açıqlama


Bakıda yeniyetmə uşağın üstünə daş parçasının düşməsi ilə bağlı araşdırma aparılır.

Səbail rayon prokurorluğundan verilən məlumata görə, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçası düşüb.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.


Tarix: 4-05-2021, 15:39 Oxunub: 224


Bölməyə aid digər xəbərlər