23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır

Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır

Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılır.

GununNebzi.az
xəbər verir ki, bu “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində öz əksini tapıb.

Qoruq xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə edilməsi nəzərdə tutulur.

Həmçinin Qoruğun maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərdən dəstək məqsədilə xüsusi fondun yaradılması nəzərdə tutulur. Qoruğa əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılır.

Qoruqda hüquq-mühafizə və məhkəmə orqanları istisna olmaqla digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB evləri) və ya yalnız elektron qaydada göstərməsi nəzərdə tutulur.

Layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

“Report”

Tarix: 21-05-2021, 19:48 Oxunub: 212


Bölməyə aid digər xəbərlər