01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
Maaşının azlığından şikayətlənən həkimə rəsmi cavab: “Bir ildə 25 min manat alıb” - FOTO
Ötən gün koronaviruslu xəstələrin müalicə olunduğu “Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova özünün sosial şəbəkədəki hesabı vasitəsilə əmək haqqı ilə bağlı TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə narazılığını bildirib.
Məsələ ictimailəşdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimin narazılığına münasibət bildirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloqu Kəmalə Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından bir neçə tibb müəssisəsinə ezam olunub.
Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə ona iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə ödənilir.
Belə ki, K.Namazovaya 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı da daxil olmaqla iş vaxtına/saatına mütənasib olaraq ümumilikdə 24 min 865 manat 36 qəpik müddətli əlavə ödənilib.
Həkimin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu aylar üzrə ona ödənilən müddətli əlavələrin məbləği (işçi tərəfindən ödənilməli olan vergi tutulmaları daxil olmaqla) aşağıdakı cədvəldə qeyd olunur:
K.Namazovanın çalışdığı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Burada çalışan səhiyyə işçiləri “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əməkhaqqı alırlar.
Qaydaya əsasən, səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında 18 dərəcə üzrə müəyyən edilir.
Həkim anestezioloq-reanimatoloq K.Namazovanın 14-cü dərəcə üzrə vəzifə (tarif) maaşı 423 manatdır. K.Namazovaya həkim anestezioloq-reanimatoloq ixtisası üzrə çalışdığı üçün sözügedən Qaydaya uyğun olaraq vəzifə (tarif) maaşından əlavə 480 manat aylıq sabit həvəsləndirici əlavə, hər anesteziyaya görə aparılmış xidmətlər üzrə isə tətbiq edilən tarifin 5 faizi həcmində aylıq həvəsləndirici əlavənin verilməsi müəyyən edilib.
Bundan əlavə, reanimasiya, intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat, sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə hesablanır.
Bildirilib ki, hazırda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq tibb müəssisələrində optimallaşdırma tədbirləri görülür, yeni struktur və ştat cədvəlləri hazırlanır. Tibb müəssisələrində çalışan əməkdaşlar üçün icbari tibbi sığorta ilə bağlı həvəsləndirici əlavələr yeni ştat cədvəli təsdiq edildikdən sonra, lakin aprel ayının 1-dən hesablanaraq ödəniləcək. Yəni aprel ayından ştat cədvəli təsdiq ediləcək aya qədər olan dövr üçün bütün həvəsləndirici əlavələrin ödənişi təmin olunacaq. Ştat cədvəli təsdiq edilənədək əməkdaşlar əvvəlki qaydada tarif maaşı və qanunvericilikdə nəzərdə tutulmuş digər əlavələri alırlar.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-05-2021, 17:32 Oxunub: 323
Bölməyə aid digər xəbərlər
26-03-2020, 09:00
Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR
12-11-2020, 12:35
Koronavirusla mübarizə çərçivəsində özəl tibb müəssisələrinə 83 min manat mükafat ödənilib
16-09-2020, 16:40
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
4-05-2021, 22:31
“Yeni klinika”da iki aydır maaşlar verilmir