23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dörd azyaşlı uşaq anasından imtina edir - RƏSMİ

Dörd azyaşlı uşaq anasından imtina edir - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıblar.

"Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək", - Baş Prokurorluqdan bildirilib.

Tarix: 25-05-2021, 12:23 Oxunub: 172


Bölməyə aid digər xəbərlər