23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Təyyarədə əl yükü qadağası ləğv edildi

Təyyarədə əl yükü qadağası ləğv edildi

Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə qeyd olunub.

İndiyədək qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilirdi:

-. qadın əl çantası və ya kişi portfeli;

- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;

- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

- gül dəstəsi;

- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;

- çətir;

- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;

- ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

Dəqişikliyə əsasən isə artıq məhdudiyyətlər aradan qaldırılır, əl yükünün daşınmasına icazə verilir.

Digər dəyişiklik aerovağzal kompleksinin girişində postlarla bağlıdır. Hazırda aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir. Bundan sonra isə aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərəcək. Beləliklə, artıq postlarda polis və tibb əməkdaşları yer almayacaq.


Tarix: 9-06-2021, 22:37 Oxunub: 284


Bölməyə aid digər xəbərlər