23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İki uşaq evində nöqsanlar aşkarlandı - RƏSMİ

İki uşaq evində nöqsanlar aşkarlandı - RƏSMİ

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda müəyyən edilmiş istiqamətlərə uyğun olaraq təşkil olunan növbəti başçəkmələr Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 2 və 3 saylı uşaq evlərinə keçirilib.

GununNebzi.az
xəbər verir ki, başçəkmələr zamanı uşaq evlərinin bütün ərazisinə baxış keçirilib, uşaqların müdafiə, sağlamlıq, inkişaf hüquqlarının təmini məsələləri öyrənilib, o cümlədən qidalanma səviyyəsi, tibbi yardım və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, bir sıra çatışmazlıqlar müəyyən edilib.

Başçəkmələr zamanı aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan bəzi sanitar-gigiyenik və təhlükəsizlik məsələləri ilə bağlı müəssisə rəhbərliyinə görülməli tədbirlər haqqında tövsiyələr verilib, habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici söhbət aparılıb.

Aşkar olunmuş çatışmazlıqlarla bağlı müvafiq quruma müraciət ediləcək.

Tarix: 11-06-2021, 12:49 Oxunub: 68


Bölməyə aid digər xəbərlər