02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“KİV haqqında” qanun ləğv olunur

“KİV haqqında” qanun ləğv olunur

Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsi ilə tanış olmuşam, kifayət qədər müasir sənəddir”.


GununNebzi.az
xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, “Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur:


“Bu qanuna ehtiyac var idi. Yeni qanun mediada yaranmış hərc-mərcliyi aradan qaldıracaq, medianın cəmiyyətdə yerini və rolunu beynəlxalq standartlara uyğunlaşdıracaq. Əminəm ki, qanun layihəsi qəbul olunacaq. Bununla media sahəsində qanunvericilik baxımından yeni mərhələ başlayacaq”.


Ə. Amaşov hesab edir ki, yeni qanun layihəsi qəbul edilən kimi qüvvədə olan qanuna ehtiyac qalmayacaq:


““Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ləğv ediləcəyini demək hələlik tezdir. Çünki yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmalı, təsdiq edilməlidir. Amma “Media haqqında” qanun layihəsi qəbul edilərsə, çox güman ki, “KİV haqqında” köhnə qanuna ehtiyac qalmayacaq”.


(Modern.az )

Tarix: 17-06-2021, 20:57 Oxunub: 195


Bölməyə aid digər xəbərlər