23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda “Nifrət dili haqqında” qanun qəbul olunacaq

Azərbaycanda “Nifrət dili haqqında” qanun qəbul olunacaqMilli Məclisin İnsan hüquqları komitəsinin payız sesiyasının işlər planı məlum olub.
gununnebzi.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc məlumat verib.
O bildirib ki, 3 yeni qanun layihəsi ilə bağlı müvafiq qurumlarla birgə müzakirələr aparılır:

“Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, buna çox ciddi ehtiyac var. “Diaspor fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, payız sessiyasında bu qanun qəbul ediləcək. Bundan əlavə, Vəkillər Kollegiyası ilə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub”. (APA)


Tarix: 17-09-2020, 14:08 Oxunub: 123


Bölməyə aid digər xəbərlər