10:57 / 16-11-2024
Hövsana bu gün su verilməyəcək – Rəsmi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
10:51 / 16-11-2024
Qəzadan canını qurtarmaq istədi - Başqa maşın üstündən keçdi
10:50 / 16-11-2024
20 yaşlı qadın doğuş zamanı öldü
08:47 / 16-11-2024
“Müharibə bitəcək, amma...” - Zelenski
22:56 / 15-11-2024
Polis əməkdaşı avtoqəzada həyatını itirdi
22:55 / 15-11-2024
İmişlidə ata və oğlu qəzada öldü
19:27 / 15-11-2024
Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...
17:57 / 15-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
17:56 / 15-11-2024
Üçüncü kurs tələbəsi vəfat etdi
17:53 / 15-11-2024
Tereza Mey Milli Məclisdə - Fotolar
17:52 / 15-11-2024
Fatih Terim Bakıda jurnalistlərlə görüşəcəkFatih Terim Bakıda jurnalistlərlə görüşəcək
17:50 / 15-11-2024
1Anasının il mərasiminə getmişdi, özünü güllələdi
15:19 / 15-11-2024
Arif Ağayevə yüksək vəzifə verildi - Foto
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
MTRŞ internet televiziyaların lisenziya almadan fəaliyyət göstərib-göstərə bilməyəcəyinə aydınlıq gətirdi
Yeni hazırlanan “Media haqqında” qanun layihəsində onlayn resurslar, xüsusən, audiovizual yayımla bağlı fəaliyyət və lisenziyalaşdırılmaya dair müddəalar müəyyən müzakirələrə yol açıb. Bəzi ekspertlər hesab edir ki, yeni qanunun qəbul olunması ilə televiziya və radio yayımı sahəsində lisenziyalar artacaq, internet televiziyalar lisenziya almadan fəaliyyət göstərə bilməyəcək, lisenziya almaq üçün nəzərdə tutulan tələblər isə daha çox nəzarət mexanizmi funksiyası daşıyacaq. Milli Televiziya və Radio Şurasından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, MTRŞ-nın yeni “Media haqqında” qanun layihəsi ilə bağlı onlayn resurslara verdiyi açıqlama, xüsusən, audiovizual yayımla bağlı fəaliyyətin və lisenziyalaşdırılması ilə bağlı izahatı maraq doğurub və bəzi suallar yaradıb.
“Bildiririk ki, “Media haqqında” qanun layihəsində televiziya və radio yayımı sahəsində lisenziyaların artması yox, əksinə azalması gözlənilir. Belə ki, hazırda mövcud olan qanunvericiliyə görə Şura 11 növ lisenziya verir, amma yeni qanun layihəsində görə bu say 10-a düşəcək və bu lisenziyalar arasında internet televiziya və ya internet radio yayımı üçün lisenziya mövcud deyil”, - deyə MTRŞ-dan qeyd ediblər.
Bildirilib ki, platforma yayımçısı lisenziyası var ki, bu da həmin yayımçıların müxtəlif yayım platformalarına daxil olmasını istəməsi ilə əlaqədardır: “Hazırda bir sıra internet televiziya və radio kanalları mövcuddur ki, onlar kabel, İPTV və OTT operatorların paketlərində təmsil olunmaq və lisenziya almaq üçün Şuraya müraciət etmişlər. Lakin qanunvericilik imkan vermədiyindən biz bu məsələyə baxa bilmirik. Yeni qanun layihəsi qəbul olunarsa həmin kanallara platforma yayımçısı kimi lisenziya verərək onlara kabel, İPTV, OTT və digər tezlik və peyk tutum resursu tələb etməyən yayım ortamından yayım aparmaq imkanlarını tanımış oluruq.
Təbii olaraq internet üzərindən yayım aparan yayımçıların bu platformalara düşməsi üçün minimal tələblər müəyyən olunur ki, bu da onların öz veb-saytından yayım aparması və bu yayımın gün ərzində minimum 8 saat olmasıdır. Əks halda platforma operatorlarının onları öz yayım paketlərinə salmasının heç bir əhəmiyyəti olmayacaq.
Bildiririk ki, platforma yayımçısı kimi lisenziya almaq istəməyən, yaxud platforma yayımçısı kimi müəyyən olunan tələblərə cavab verməyən internet televiziya və ya radio kanalları yenə də sərbəst fəaliyyət göstərə biləcəklər. Bu, sadəcə, onların media subyekti kimi tanınmamasına və media reyestrinə daxil olmamasına səbəb olacaq.
Həmçinin qeyd olunmalıdır ki, qanun layihəsində yayımçı fəaliyyəti ilə operator fəaliyyəti köklü olaraq fərqləndirilir. Bundan başqa, tezlik və peyk tutumu resurslarından istifadə olunmaqla audiovizual media fəaliyyəti müsabiqə əsasında digər audiovizual fəaliyyətin isə müsabiqə olmadan sadələşdirilmiş prosedur əsasında lisenziyalaşdırılması təklif olunub”.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-06-2021, 18:13 Oxunub: 134
Bölməyə aid digər xəbərlər
7-05-2020, 15:41
MTRŞ son qərarları ilə bağlı BƏYANAT YAYDI
21-08-2020, 19:39
MTRŞ-dən “Lider” TV ilə bağlı yayılan xəbərlərə REAKSİYA
9-05-2020, 13:51
ATV-nin yayımı bir saatlıq dayandırıldı
11-01-2021, 18:05
MTRŞ “Space TV" ilə bağlı qərar verdi
24-05-2021, 16:17
Lider TV bağlandı - RƏSMİ