15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
“Azərişıq” Hövsanın bu hissəsinə elektrik enerjisinin verilişini bərpa edib - YENİLƏNDİ

“Azərişıq” Hövsanın bu hissəsinə elektrik enerjisinin verilişini bərpa edib - YENİLƏNDİ

“Azərişıq” ASC Hövsanda elektrik enerjisinin olmamasının səbəbini açıqlayıb.

GununNebzi.az-
a verilən məlumatda bildirilib ki, ötən gün ərazidə qəza baş verib.

“Əməkdaşlarımız dərhal hadisə yerində olublar. Qəzanın fəsadları aradan qaldırılıb. Bu gün səhər saatlarından əraziyə elektrik enerjisinin verilişi bərpa edilib” – məlumatda qeyd olunub.

***

“Hər kəsi Suraxanı işıq idarəsinin, Bakı işıq idarəsinin rəhbərlərinin işdən azad edilənə və əhaliyə vurduqları zərəri tam ödətdirənə qədər mübarizə etməyə çağırıram”.

GununNebzi.az-
ın xəbərinə görə, bu təkliflə Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov çıxış edib.

T.Əmiraslanov bildirib ki, ötən gün saat 21:00-dan bu gün saat 10:00-dək ərazidə elektrik enerjisi olmayıb: “Yənı 13 saatdır, Hövsan qəsəbəsinin Kondinsioner bağlarına işıq verilmir. Heç bir telefona, qəza xidmətinə və s. zəng etməyin mənası yoxdur. Soyuduculardakı ərzaqlar məhv oldu, hamama, tualetə motor su vurmur, ağacları sulamaq mümkün deyil, internet, TV işləmir. Kondinsionerlər işləmir. Ürək xəstələri, yaşlılar, balacalar lap pis vəziyyətdədirlər. Bu dəhşət istilərdə əhaliyə cəhənnəm yaradanlar mütləq cəzalanmalıdır. Milyonlar qazanıb kefdə olanlar yüz bəhanə gətirəcəklər. Cəzasızlıq şəraitində xalqı talayan, milləti zəlil eləyənləri zəlil etmək lazımdır.

1.Vicdanlı hüquqşunaslar bu işi ələ alsınlar

2. Hər bir zərər çəkən səsini qaldırsın yazsın.

3. Bu idarənın rəhbərinin ailəsini, özünü tanıyanlar onlar haqqında yazsınlar ki, hər kəs onları görəndə yanlarından salam əvəzinə tüpürüb keçsin.

4. Tanıyan varsa bu ərazidən seçilmiş deputatı da bu işə qoşun”.

Tarix: 27-06-2021, 17:36 Oxunub: 146


Bölməyə aid digər xəbərlər