15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablara qadağa qoyuldu

Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablara qadağa qoyuldu

Sabahdan, iyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

GununNebzi.az
xəbər verir ki, qadağa 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” fərman əsasında tətbiq edilir.

Sənəddə deyilir ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Tarix: 30-06-2021, 14:58 Oxunub: 151


Bölməyə aid digər xəbərlər