23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu tarixdən polietilen torbaların satışına məhdudiyyət qoyulacaq

Bu tarixdən polietilen torbaların satışına məhdudiyyət qoyulacaqAzərbaycanda gələn ildən polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət qoyulacaq.

gununnebzi.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə (birinci oxunuş) təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd olunub ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib. Təklif olunan dəyişikliklər “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən ş sonra səsə qoryularaq qəbul edilib.


Tarix: 20-11-2020, 16:00 Oxunub: 234


Bölməyə aid digər xəbərlər