01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
01:06 / 08-11-2024
Cəlilabadda avtomobil yeniyetməni vuraraq ÖLDÜRDÜ
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
23:08 / 07-11-2024
Bayden komandasını Trampla işləməyə çağırıb
21:18 / 07-11-2024
Prezident Zəfər Günü ilə bağlı - Paylaşım etdi
19:00 / 07-11-2024
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto
18:51 / 07-11-2024
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq
18:49 / 07-11-2024
COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda...
18:46 / 07-11-2024
AZCON yaradıldı
18:43 / 07-11-2024
Prezident Siyavuş Kərimini təltif etdi
18:41 / 07-11-2024
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
18:15 / 07-11-2024
Prezidentin Mərkəzi Parkdan maraqlı - Fotoları
18:13 / 07-11-2024
Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi
18:08 / 07-11-2024
Hikmət Mirzəyev general-polkovnik oldu
18:08 / 07-11-2024
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - Siyahı
18:04 / 07-11-2024
Prezidentdən Fərid Seyidovla bağlı - Sərəncam
18:03 / 07-11-2024
Onlara general-mayor rütbəsi verildi - Adlar
15:38 / 07-11-2024
“Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər”
15:37 / 07-11-2024
Şarl Mişel Azərbaycana gələcək
12:45 / 07-11-2024
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda
12:18 / 07-11-2024
Bakı – Sumqayıt qatarında ŞOK görüntülər - VİDEO
12:17 / 07-11-2024
Nazir müdir müavinini işdən çıxardı - Yeni təyinat
12:08 / 07-11-2024
Zaqatalada bir həftədə ikinci körpə ölümü
12:06 / 07-11-2024
Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar
09:28 / 07-11-2024
Bayden Ukrayna üçün son hərbi paketi hazırlayır
09:21 / 07-11-2024
“Trampla bu barədə razılığa gəldik” - Zelenski
23:10 / 06-11-2024
Fətullah Gülənin nəvəsi ABŞ ordusunun zabiti çıxdı - FOTO
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
19:33 / 06-11-2024
Prezidentin Qırğızıstana səfəri başa çatdı
DTX Akademiyasında məzun günü keçirildi
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 01 iyul 2021-ci il tarixdə növbəti məzun buraxılışına həsr olunan təntənəli tədbir keçirilmişdir.
GununNebzi.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumatına görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin rəhbər heyəti, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak etmişlər.
Əvvəlcə müasir Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, Akademiyanın “Şöhrət” muzeyi qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulmuşdur.
Sonra Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət himni səsləndirilmişdir.
Akademiyanı bitirən gənc zabitlərə diplomlar təqdim edildikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev şəxsi heyəti salamlayaraq bu əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik etmiş, gənc zabitlərə gələcək xidmətlərində müvəffəqiyyətlər arzulamışdır.
General-polkovnik Əli Nağıyev çıxışında dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan təhsil ocağının məzunlarının Ulu Öndərin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, qazandıqları bilikləri doğma Vətənin qüdrətlənməsinə, müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına səfərbər edəcəklərinə, bu istiqamətdə yorulmadan çalışacaqlarına inamını ifadə etmişdir. Bildirilmişdir ki, Azərbaycan təhlükəsizlik orqanlarında xidmətə başlayacaq hər bir gənc zabit nizam-intizamı əsas tutmaqla peşəkarlıq səviyyəsini davamlı olaraq yüksəltməli, ona göstərilən etimadı doğrultmaq üçün mütəmadi öz üzərində işləməli, dövlətinə sədaqətli olmalı, qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə və vicdanla gəlməli, dövlət təhlükəsizliyinin etibarlı təminatı üçün qətiyyətlilik və prinsipiallıq nümayiş etdirərək bu yönümdə daim əzmlə çalışmalıdır.
Xidmət rəisi dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət xəttinin prioritet istiqaməti kimi elmin və təhsilin inkişafını xüsusi vurğulayaraq bildirmişdir ki, hazırda Akademiyada yüksək səviyyəli təhsil almaq üçün hərtərəfli şərait yaradılmışdır. Bu da öz növbəsində gələcəkdə təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına xidmət edir.
Qeyd olunmuşdur ki, ümumilikdə Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu mühüm dövlət təsisatına göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisidir.
Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi, xalqın sarsılmaz birliyi və həmrəyliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunmasına toxunan Xidmət rəisi 44 günlük savaşda Vətənimizin qəhrəman oğullarının nümayiş etdirdikləri igidlik və cəsurluğun hər bir gənc hərbi qulluqçu üçün nümunə olduğunu diqqətə çatdırmışdır. Hərb tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməmizə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının verdiyi töhfələri xüsusi vurğulayan general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq nümunələrinə görə DTX-nin çoxlu sayda əməkdaşı fəxri ad, orden və medallarla təltif olunmuşdur.
Vətən müharibəsinin regionda yaratmış olduğu yeni reallıqların fonunda ağır məğlubiyyətə düçar edilmiş Ermənistandakı radikal dairələr, aparıcı dünya ölkələrindəki erməni diasporu və onların bilavasitə himayəsində olan qüvvələr Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətlərini gücləndirməyə çalışır, revanşist ideyaları təbliğ edirlər. Bu amillər dövlətimizin təhlükəsizliyinə yönəlmiş təhdidlərlə mübarizənin daha yüksək əzmlə, çevikliklə və operativliklə aparılmasını şərtləndirir.
Xidmət rəisi DTX-nin şəxsi heyətinin respublikamızda mövcud sabitlik, əmin-amanlıq, ölkəmizin milli maraq və mənafeləri əleyhinə məkrli niyyətlərin və planların qarşısını qətiyyətlə alacağına, təhlükəsizliyin etibarlı təminatı üçün usanmadan çalışacağına əminliyini bildirərək qeyd etmişdir ki, bütün qüvvə və vasitələr səfərbər olunmaqla DTX-nin əməkdaşları tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin əmr və göstərişləri bundan sonra da vaxtında və layiqincə yerinə yetiriləcəkdir.
Sonra tədbir Akademiyanın rəisinin və bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş kursantın çıxışları ilə davam etmişdir.
Tədbirin sonunda məzunların valideynləri Akademiyada yaradılan hərtərəfli şəraitə, kursantlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, övladlarının Vətənin təhlükəsizliyinin müdafiəçiləri olaraq xidmətə başlamalarından qürur duyduqlarını bildirmişlər.
Təntənəli mərasim ulu öndər Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyi önündə ucaldılmış abidəsi qarşısında xatirə şəklinin çəkdirilməsi ilə başa çatmışdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-07-2021, 21:08 Oxunub: 239
Bölməyə aid digər xəbərlər
12-12-2020, 13:50
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etdi - FOTO
20-01-2021, 12:57
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
23-12-2020, 16:29
Şuşada DTX-nin yeni inzibati binasının açılışı oldu - VİDEO
7-05-2019, 18:03
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
4-12-2020, 12:19
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi