15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”

“Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası dünən Xəzər dənizində baş verən vulkan püskürməsi ilə bağlı mətbuat konfransı keçirir.

GununNebzi.az
xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb:

"Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb. Dünən vulkan 8 dəqiqə püskürüb, dərinliyi 1,48 km olub”.

ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə qeyd edib ki, dünyada olan 900 palçıq vulkanının 300-nə Azərbaycanda rast gəlinir: “Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib. Xəzərin Azərbaycan sektorunda 120 sualtı palçıq vulkanı var. Abşeron arxipelaqında 8 belə ada var, bu yeganə vulkan mənşəli ada deyil. Ona görə də belə şayiələr yaymaq düzgün deyil.

Müəyyən araşdırmalar aparılıb. Hazırda Bakıda hava şəraiti küləklidir. Buna görə də gəmilər həmin əraziyə yaxınlaşa bilmir. Hava stabilləşən kimi SOCAR, FHN, Ekologiya Nazirliyi və AMEA mütəxəssisləri həmin əraziyə gedərək nümunələr götürəcək. Ətraf mühitə dəymiş ziyanla bağlı da elmi tədqiqatlar aparılacaq”.

Tarix: 5-07-2021, 13:00 Oxunub: 88


Bölməyə aid digər xəbərlər