23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Saakaşvilinin partiyasını sıradan çıxaracağını vəd etdi

Saakaşvilinin partiyasını sıradan çıxaracağını vəd etdi

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının fəaliyyətinə son qoyulacaq”.

GununNebzi.az
xəbər verir ki, bunu ölkənin sabiq Baş naziri və “Gürcüstan naminə” partiyasının sədri Georgi Qaxariya deyib.

O bildirib ki, Gürcüstan hökumətinin normal işinə mane olan müxalif siyasi qüvvələrin qanunsuz hərəkətləri ilə bağlı ölkədə heç bir tədbir görülmür, ona görə də parlamentdə bu məsələ ilə şəxsən məşğul olacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mixail Saakaşvilini dövlət əleyhinə mitinqlərin təşkil olunmasında günahlandırmışdı.“Qafqazinfo”

Tarix: 15-07-2021, 14:15 Oxunub: 136


Bölməyə aid digər xəbərlər