23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
“Azərpoçt”un şöbələri adi iş rejiminə keçdi

“Azərpoçt”un şöbələri adi iş rejiminə keçdiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib.

“Azərpoçt” MMC-dən gununnebzi.az-a verilən məlumata görə, əsas məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır.
Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı, “Şəbəkə” xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək.

Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir. Eyni zamanda koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün bir sıra sosial layihələrin icrası həyata keçirilir.


Tarix: 13-04-2020, 22:13 Oxunub: 164


Bölməyə aid digər xəbərlər