01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
13 nəfər artıq qonaq gəldi, administrator həbs edildi

13 nəfər artıq qonaq gəldi, administrator həbs edildi

Gəncə şəhərində keçirilən toy mərasimi zamanı reyd keçirilərkən qanunla nəzərdə tutulan saydan artıq qonaq iştirak etdiyi aşkarlanıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “ açıqlamasında bildirib ki, Gəncə ŞBPİ Kəpəz RPİ idarəsinin keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən “Sevincim” şadlıq sarayının operativ qərargah tərəfindən qəbul edilən normadan, 150 nəfərdən artıq qonaq qəbul etməsi müəyyən edilib:

“Restoran inzibatçısı (adminstrator) Elşən Hüseynov saxlanılaraq RPİ-yə gətirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə Elşən Hüseynov 8 gün müddətinə inzibati həbs edilib”.

Qeyd edək ki, reyd zamanı toyda 163 nəfərin iştirak etdiyi məlum olub.


"Qafqazinfo”

Tarix: 16-07-2021, 14:30 Oxunub: 76


Bölməyə aid digər xəbərlər