21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

GununNebzi.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərdən Şahin İbrahimovun vəkili gəlmədiyi üçün proses təxirə salınıb.

Növbəti iclas iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilovun "Altun Saray" restoranının direktor müavini, Şahin İbrahimovun restoranın inzibatçısı, Valeh Orucovun "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayevin "Xəmsə" restoranının icarədarı, Təhminə Yaqubovanın isə Vüqar Səfərlinin mühasibi olduğu müəyyən edilib.(report)

Tarix: 23-07-2021, 16:39 Oxunub: 175


Bölməyə aid digər xəbərlər