15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Dünən 2500-ə yaxın şəxs toya buraxılmayıb

Dünən 2500-ə yaxın şəxs toya buraxılmayıb

Dünən toylarda keçirilən yoxlamalar zamanı 2500-ə yaxın şəxs COVID-19 pasportu olmadan şadlıq sarayına girməyə çalışsa da, onlar zala buraxılmayıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 27-də Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 211 şadlıq sarayında və 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:


- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimə olunub;

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2476 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Tarix: 28-07-2021, 10:12 Oxunub: 304


Bölməyə aid digər xəbərlər