10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
741 nəfər toya buraxılmayıb

741 nəfər toya buraxılmayıb

İyulun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 156 toy şənliyinin monitorinqini həyata keçirib.

GununNebzi.az
xəbər verir ki, monitorinq 99 şadlıq sarayında, iki kafe və restoranda, 55 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;

- 2 şəxs (1 vəzifəli və 1 fiziki) barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;

- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 55.500 manat məbləğində cərimə olunub;

- 741 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Tarix: 24-07-2021, 18:48 Oxunub: 196


Bölməyə aid digər xəbərlər