10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
44 günlük müharibənin "məşhur" erməni polkovniki yenidən vəzifədə

44 günlük müharibənin "məşhur" erməni polkovniki yenidən vəzifədə
Ermənistan Müdafiə Nazirinin keçmiş mətbuat katibi (2012-2020), polkovnik Artsrun Hovhannisyan yenidən nazirlikdə vəzifəyə təyin olunub.

GununNebzi.az
xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

2020-ci ildə olan 44 günlük müharibədən sonra uzun müddət işsiz olan Artsrun Hovhannisyan bu dəfə parlamentin Müdafiə Komitəsinə ekspert kimi gətirilmişdi. Lakin sonradan işdən çıxdı.

"Joqovurd" qəzetinin məlumatına görə, o, Müdafiə Nazirliyində xidmətə qayıdıb.

Qeyd edək ki, adıçəkilən şəxs müharibə zamanı dezinformasiya və gülünc bəyanatları ilə gündəm olmuşdu.

(Unikal)


Tarix: Bu gün, 10:26 Oxunub: 0


Bölməyə aid digər xəbərlər