15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi

Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan vətəndaşı olan 37 nəfər Almaniyadan geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.


Tarix: Dünən, 22:39 Oxunub: 0


Bölməyə aid digər xəbərlər