01:20 / 28-11-2024
Bu ölkə Netanyahunu həbs etməyəcək
01:11 / 28-11-2024
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
01:10 / 28-11-2024
Hikmət Məmmədov işdən çıxarıldı
22:50 / 27-11-2024
Dəhşətli qəzada ölən hərbçilərin adları - Açıqlandı
22:49 / 27-11-2024
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
22:46 / 27-11-2024
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
22:39 / 27-11-2024
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
21:44 / 27-11-2024
“Roşka” yenə eyni əmələ görə həbs olundu
21:43 / 27-11-2024
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb+Yenilənib
14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
Daha 15 erməni sakin Azərbaycan vətəndaşlığı üçün müraciət etdi - Fotolar
Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb.
GununNebzi.az xəbər verir ki, məlumatda Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgədə müvafiq işlərin davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib.
Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar. Bundan başqa, Dövlət Miqrasiya Xidməti tərəfindən bölgədə səyyar qəbul zamanı sakinlərlə hüquqi maarifləndirmə işləri aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.
Həmçinin reinteqrasiya ilə bağlı müraciətlərin qəbulu, icrası və maarifləndirmə işinin aparılması reintegration.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı vasitəsilə həyata keçirilir. Bu günədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada cavablandırılıb.
Həmçinin bölgəyə ezam olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə və maarifləndirmə işi aparıb, ehtiyacları müəyyənləşdirib, həmçinin əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər veriblər.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-10-2023, 20:11 Oxunub: 13
Bölməyə aid digər xəbərlər
28-09-2023, 18:47
Qarabağda qalmaq istəyən ermənilər bu saytdan qeydiyyatdan keçəcək
24-10-2020, 13:41
DMX ölkəmizdəki əcnəbilərə müraciət etdi