21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Millət vəkili 3-cü doza vaksin vurdurdu

Millət vəkili 3-cü doza vaksin vurdurdu

Milli Məclisin deputatı Naqif Həmzəyev 3-cü doza vaksin vurdurub.

GununNebzi.az
xəbər verir ki, deputat “Qafqazinfo”ya açıqlamasında nə üçün 3-cü doza vaksin vurdurması məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, könüllülük prinsipi əsasında, vətəndaşlara nümunə olaraq 3-cü doza vaksin vurdurub:
“Biz də millət vəkili olaraq risk qrupuna daxilik. Çünki vətəndaşlarla daha çox ünsiyyətdə oluruq. Nəzərə alaq ki, qonşu ölkələrdə də artıq 3-cü doza vaksin vurulmasına başlanılıb. Xüsusilə “Delta” fazasından qorunmasq üçün 3- cü doza olaraq “Pfizer” vaksininin vurulması tövsiyə olunur. Bundan əvvəl isə iki doza "Sinovac" peyvəndini qəbul etmişdim”.

N. Həmzəyev 3-cü doza peyvəndini Gəncə Beynəlxalq Xəstəxanasında vurdurub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatlara əsasən, 3-cü doza vaksin (buster) 2-ci dozadan 6 ay keçdikdən sonra, yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslərə) vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza qəbul oluna bilər.

Tarix: 9-08-2021, 17:32 Oxunub: 167


Bölməyə aid digər xəbərlər