21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Metroya daxil olan bəzi şəxslər koronavirusa görə yoxlanılır

Metroya daxil olan bəzi şəxslər koronavirusa görə yoxlanılır

“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəsi olması ilə bağlı şübhə doğuran şəxslər yoxlanılır”.

GununNebzi.az xəbər verir ki, Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır. “Aktiv koronavirus xəstəsi olduğu şübhəsi doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-lə bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb.

Tarix: 13-08-2021, 15:10 Oxunub: 141


Bölməyə aid digər xəbərlər