23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı - Açıqlama

DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı - Açıqlama

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, Ağrel döyüşləri və Vətən Müharibəsi qazisi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

DİN-dən verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb:

“Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib”.

Bildirilib ki, hazırda həmin müraciət əsasında araşdırma aparılır. “Qafqazinfo”

Tarix: 22-08-2021, 14:06 Oxunub: 152


Bölməyə aid digər xəbərlər