23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya vətəndaşı olmaq asanlaşdı - Putin sənədi İMZALADI

Rusiya vətəndaşı olmaq asanlaşdı - Putin sənədi İMZALADI

gununnebzi.az Prezident Vladimir Putin Rusiya vətəndaşlığının alınması prosedurunun sadələşdirilməsi ilə bağlı qanunu imzalayıb.

Dövlət başçısının imzaladığı Qanuna əsasən, Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etmək lazım deyil. Eyni zamanda, SSRİ-də doğulmuş, keçmiş sovet respublikalarında yaşayıb, bu ölkələrin vətəndaşlığını almayan şəxslərin Rusiyada mütləq 3 il yaşaması və qanuni gəlir mənbəyini təsdiqləməsi tələbi aradan götürülür. Bu qayda Rusiya vətəndaşlarının Rusiyada yaşayan əcnəbi həyat yoldaşlarına, eləcə də valideynlərindən biri Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan şəxslərə də aiddir.

Rusiyada müvəqqəti yaşama icazəsi olan Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşları Rusiyada 3 il yaşamadan da vətəndaşlıq üçün ərizə təqdim edə biləcəklər.

Rusiya ali məktəblərinin məzunları üçün əmək fəaliyyətinin müddəti iki il azaldılıb.

Sənəd imzalandığı tarixdən 90 gün sonra qüvvəyə minəcək.


Tarix: 24-04-2020, 20:37 Oxunub: 102


Bölməyə aid digər xəbərlər