Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalara əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə bu gün Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Xırdalan şəhərində əhali arasında profilaktik tədbir keçiriblər.
Bu barədə gununnebzi.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirdən əvvəl şəxsi heyət rəhbər vəzifəli polis zabitləri tərəfindən müvafiq qaydada təlimatlandırılıb. Keçirilən tədbir zamanı Xırdalan şəhərində karantin qaydalarına əməl olunmadan fəaliyyət göstərən obyektlər və bərbərxanalar aşkar olunub. Həmçinin müvafiq icazəsi olmadan yaşayış yerini tərk edən şəxslər də müəyyən edilərək cəzalandırılıblar.
Tədbirdə həmçinin icazə əsasında yaşayış yerlərini tərk edən, amma tibbi maskadan istifadə etməyən şəxslərlə də polislər maarifləndirici söhbətlər aparıblar. Belə şəxslər polislər tərəfindən tibbi maska ilə təmin olunublar. Tibbi maska ilə təmin edilən şəxslər göstərilən diqqət və qayğıya görə daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.
Bölməyə aid digər xəbərlər