01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
“Məni İcra Hakimiyyətində qəbul etmirdilər” - İntihara cəhd edən şəhid anası

“Məni İcra Hakimiyyətində qəbul etmirdilər” - İntihara cəhd edən şəhid anası

Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhdi ilə bağlı onun valideyni açıqlama verib.

GununNebzi.az-
ın məlumatına görə, V.
Məmmədovanın anası Almaz Məmmədova Baku TV-yə bildirib ki, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir. O qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb: “Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get iş yoxdur. Deyir heç olmasa, məni İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?...”

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb.

Xatırladaq ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən isə saytımıza verilən açıqlamada deyilir ki, şəhid anası dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb: "Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb".

Tarix: 27-10-2021, 09:57 Oxunub: 238


Bölməyə aid digər xəbərlər
8-05-2019, 18:15 Bakıda intihara cəhd