23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Marketlərdə bu məhsullara toxunmayın! - Rəsmi GÖSTƏRİŞ

Marketlərdə bu məhsullara toxunmayın! - Rəsmi GÖSTƏRİŞKoronavirusun yoluxma mənbələrindən biri də ərzaq məhsulları satılan müəssisələrdir. Açıq şəkildə satılan məhsullar bu baxımdan daha təhlükəli hesab olunur. Bu məhsullara gündəlik tələbat olan çörək də daxildir. Pandemiya ilə əlaqədar marketlərdə çörək satışı ilə bağlı vəziyyət nə yerdədir?

gununnebzi.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Ramazan Nəbiyev ildirib ki, həmin məhsulların satışı ilə bağlı metodiki göstərişlərdən ibarət lövhələr hazırlanaraq, marketlərə paylanılıb:
Marketlərdə bu məhsullara toxunmayın! - Rəsmi GÖSTƏRİŞ
“Nazirlər Kabinetinin 94 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycanda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları var. Çörək, bulka, qənnadı məmulatlarının, ərzaq məhsullarının və meyvə-tərəvəzin satışına bu qaydada göstərildiyi kimi riayət olunmalıdır. Hazırkı dövrdə açıq şəkildə satılan çörək, bulka unlu qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir texniki emala məruz qalmayan qida məhsulları bağlı vitrində yerləşdirilməlidir. Həmin məhsullar alıcılardan təcrid olunaraq, xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçilər tərəfindən alıcılara təqdim edilməlidir. İstehlakçıların həmin məhsullara toxunmasının qarşısı alınmalıdır. AQTA ərzaq məhsulları satışı ilə məşğul olan marketlərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər hazırlayıb. Göstərişlərdə həm istehlakçılara, həm də sahibkarlara hazırkı durumla əlaqədar xüsusi davranış qaydaları da əksini tapıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alıcılardan hər gün çörək və digər məhsullarla bağlı şikayətlər gəldiyini deyib:“Hər gün alıcılardan marketlərlə bağlı bizə zənglər gəlir. Şikayətlərdə istehlakçıların qarşılaşdıqları müxtəlif problemlər qeyd olunur. Bunların arasında çörək satışı ilə bağlı şikayətlər də özünəməxsus yer tutur. Düzdür, bəzi yerlərdə çörək elə obyektin içində bişirilib satılır. Ancaq tam standartlara cavab verən, çox müasir çörək zavodlarımız var. İnsanlar isti çörəyi daha çox tələb edirlər, ancaq onun ziyanından xəbərsizdirlər. Əksər firmalar isti çörəkləri paketləmir və elə açıq şəkildə də marketlərə göndərir. Çörək satışında yol verilən gigiyenik pozuntular onun daşınma zəncirində qeydə alınır.

Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, bütün ərzaqlar marketlərdə paketlənmiş halda satılmalıdır. Ancaq təəssüf ki, demək olar hər gün bu qaydanın pozulmasına şahid oluruq. Bundan əlavə, bəzi marketlərdə koronavirusdan qorunmaq üçün içəri daxil olanları spirtləyirlər. Yaxşı oalr ki, maskası olmayanlara maska verilsin. Kassirlərin əlcəksix işləməsi, ümumiyyətlə, yolverilməzdir. Ən böyük viruslar bu zaman yaranır. Ona görə də ən əsası kassirlərin də əlcək geyinməsi vacibdir. Yol polisi əməkdaşları da bir müddət əvvəl əlcək geyinmirdi və müxtəlif insanların vəsiqələrinə toxunurdular. DYP-nin şöbə rəisi Kamran Əliyevlə məsələ barədə danışdım və artıq yol polisi əməkdaşları əlcəkdən istifadə edirlər”.(Lent.az)


Tarix: 30-04-2020, 14:54 Oxunub: 58


Bölməyə aid digər xəbərlər