23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yaşayış minimumu 210 manata qaldırıldı

Yaşayış minimumu 210 manata qaldırıldı

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.

Tarix: 4-11-2021, 20:37 Oxunub: 175


Bölməyə aid digər xəbərlər