23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda hərbi xidmətə çağırış başladı

Azərbaycanda hərbi xidmətə çağırış başladıMəlum olduğu kimi koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin sağlamlığı ilə bağlı mümkün risklərə yol verilməməsi məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb.

gununnebzi.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, 2002-ci ildə doğulmuş və 2020-ci il aprelin 30-dək 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2020-ci il mayın 31-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

Azərbaycan Respublikasında 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən aprelin 22-də SMS vasitəsilə məlumatlandırılıblar.

1 may 2020-ci il tarixdən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları nizam-intizamlı olmağa çağırır və hərbi xidmətlərində uğurlar arzulayır.


Tarix: 1-05-2020, 21:59 Oxunub: 71


Bölməyə aid digər xəbərlər