23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Komitə sədri həyəcan təbili çaldı: Medianı ittiham etdi

Komitə sədri həyəcan təbili çaldı: Medianı ittiham etdi

Narkomaniyadan əziyyət çəkən insanlara tibbi xidmətin göstərilməsi səviyyəsi suallar yaradır”.

GununNebzi.az-
ın məlumatına əsasən, bunu parlamentin Səhiyyə komitəsi və Ailə qadın və uşaq məsələləri komitəsinin birgə keçirdiyi dinləmələrdə çıxışı zamanı deputat Əhliman Əmiraslanov bildirib.

Səhiyyə komitəsinin sədri deyib ki, bu sahədə böyük problem var.

“Bizim televiziya kanallarımız, media bu işlərin öhdəsindən gələ bilmir. Televiziya kanallarımızda hər şeyə vaxt tapırıq, amma bu məsələyə vaxt ayırmırıq. Hər birimiz bu böyük bəla ilə ciddi mübarizə aparmasaq, hamımızın qapısını döyəcək”, - deyə Əhliman Əmiraslanov qeyd edib.


(Oxu.Az)

Tarix: 30-11-2021, 12:46 Oxunub: 117


Bölməyə aid digər xəbərlər