01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Media qurumunun bu hallarda fəaliyyətinə xitam veriləcək

Media qurumunun bu hallarda fəaliyyətinə xitam veriləcək

Azərbaycanda çap mediası və onlayn media subyektinin fəaliyyətinə xitam veriləcəyi halları müəyyənləşib.

GununNebzi.az-
ın xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Çap mediası və onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması məhkəmənin qərarı ilə bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müvəqqəti dayandırılır, bu Qanunun 65.4-cü maddəsində nəzərdə tutulmuş hallarda isə onların fəaliyyətinə xitam verilir.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 (iki) ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır:

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə;

Media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə;

Çap mediası və onlayn media subyektləri bu Qanunun 13.1-ci, 13.2-ci, çap mediası subyektləri isə həmçinin bu Qanunun 14.1-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;

Çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;

Bu Qanunun 63.2-ci maddəsində nəzərdə tutulan pozuntular aşkar edildikdə.

Tarix: 10-12-2021, 12:43 Oxunub: 152


Bölməyə aid digər xəbərlər