23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hərbçilərin qaytarılma prosesi - FOTO

Hərbçilərin qaytarılma prosesi - FOTO

dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəsmi teleqram kanalında həmin hərbçilərin fotoları paylaşılıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, görüşdə Ermənistan Silahlı Qüvvələrinin zabitləri, Azərbaycan nümayəndəsi, saxlanılan azərbaycanlı hərbçilər və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də məsələ barədə məlumat yayıb. Bildirilib ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 21-i geri qaytarılması təmin olunub.



Tarix: 21-12-2021, 13:31 Oxunub: 145


Bölməyə aid digər xəbərlər