23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
MTN polkovnikləri Vəkillər Kollegiyasına üzv qəbul edilib
"MTN işi" üzrə ittiham edilən və hazırda barələrində məhkəmə istintaqı aparılan keçmiş MTN vəzifəliləri - polkovnik Sahib Ələkbərov və Yasin Məmmədov vəkillik fəaliyyəti ilə məşğul olur.
GununNebzi.az xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, ləğv edilmiş MTN-in İbtidadi istintaq idarəsinin rəis müavini Yasin Məmmədov ötən il, İdarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 2017-ci ildə vəkilliyə imtahan veriblər.
Y.Məmmədov mövzu ilə bağlı açıqlama vermək istəməyib.
Sahib Ələkbərov isə hazırda Vəkillər Kollegiyasının üzvü olduğunu təsdiqləyib: “Tam qanuni şəkildə imtahan verib Vəkillər Kollegiyasına üzv seçilmişəm. Hətta əvvəlcə hakimlik və notarius imtahanlarından da keçmişdim. Sonradan mümkün olmadı, vəkilliyə imtahan verib yüksək bal topladım.
İmtahan verərkən də barəmdəki ittihamları gizlətməmişəm. Onsuz da mənimlə bağlı hələ araşdırma gedir, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim məni təqsirli bilə bilməz. Məhkəmə həbs qərarı verərsə, özüm Kollegiyaya üzvlükdən imtina edərəm. Azadlıqda qalsam, fəaliyyətimə davam edərəm. Bugünədək vəkil kimi çıxdığım işlərdə müvəkkillərimi sona qədər müdafiə etmişəm, edəcəyəm də”.
Qeyd edək ki, hazırda Bakı hərbi Məhkəməsində ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, idarənin rəis müavini Yasin Məmmədov, idarənin şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Onların barəsində araşdırma 2016-cı ildə başlanıb.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla birlikdə iş adamlarından hədə-qorxu ilə külli miqdarda pul tələb ediblər. M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat pulu rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-01-2022, 19:30 Oxunub: 141
Bölməyə aid digər xəbərlər
5-11-2021, 18:00
General Mövlam Şixəliyevin ürəyi getdi
1-12-2021, 14:51
“Elbəy Allahverdiyev özünü hakim kimi aparmır”
7-12-2021, 20:54
“Məni 67 gün girov saxlayıb, 2 milyon dollarımı alıb, buraxıblar”
16-11-2021, 18:03
“Zəng etdi ki, general rütbəsi alıb, ona hədiyyə gətir”