23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“ABŞ Rusiya ilə əməkdaşlıq etməyə hazırdır”

“ABŞ Rusiya ilə əməkdaşlıq etməyə hazırdır”

“ABŞ dəfələrlə Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib”.

GununNebzi.az
xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Almaniyanın “ZDF” telekanalının efirində deyib.


“Biz dəfələrlə Rusiya ilə əməkdaşlıq etmək istəyimizi vurğulamışıq. Biz bir çox sahələrdə birlikdə işləməliyik. Bu sahələr iqlim dəyişikliyi, koronavirus və yaxud yeni texnologiyaların təsiri ola bilər. NATO şəffaf və müsbət münasibətlərin yaradılması üçün dəfələrlə Rusiyaya müraciət etsə də, rədd cavabı alıb”, - deyə Blinken söyləyib.

“RİA Novosti”nin bununla bağlı məlumatında isə bildirilib ki, Rusiya da öz növbəsində əvvəllər bir neçə dəfə bəyan edib ki, qarşılıqlı əlaqələrin bütün sahələrində Qərb ölkələri ilə dialoqa hazırdır: "Lakin münasibətlərin pisləşməsinin səbəbkarı Rusiya deyil".

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 14:00-da İsveçrənin Cenevrə şəhərində Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək. Tərəflər görüşdən sonra ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

Tarix: 21-01-2022, 12:21 Oxunub: 111


Bölməyə aid digər xəbərlər