23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Lavrov Zelenskini Rusiyaya dəvət etdi

Lavrov Zelenskini Rusiyaya dəvət etdi

“Moskva Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donbassı deyil, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırdır. Donbass Ukraynanın daxili məsələsidir”.

GununNebzi.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin”, - deyə Lavrov söyləyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.

Tarix: 28-01-2022, 15:40 Oxunub: 121


Bölməyə aid digər xəbərlər