02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Qubad İbadoğlu və Cəmil Həsənli məhkəmə binası ətrafında sülənirdilər”

“Qubad İbadoğlu və Cəmil Həsənli məhkəmə binası ətrafında sülənirdilər”

“Xarici ölkə kəşfiyyatının nökərlərinin dediklərinə şərh vermək istəmirəm. Amma onu deməliyəm ki, Qubad İbadoğlu və Cəmil Həsənli noyabr ayında məhkəmə gedişi zamanı 2 həftə məhkəmə binasının ətrafında sülənirdilər”.

GununNebzi.az
xəbər verir ki, bunu modern.az-a verdiyi müsahibədə London məhkəməsi tərəfindən milyonlarla pulu müsadirə edilən deputat Cavanşir Feyziyev deyib.

O, jurnalistin “Qubad İbadoğlu məlumat verib ki, araşdırma davam etdiyinə görə, depozitdə qalan vəsaitlərə və əmlakınıza da həbs qoyulub” sualına belə cavab verib:

“Qərar elan olunan gün nə məhkəmənin içində, nə də çölündə olublar, amma qərar oxunub qurtaran kimi yalan şərhlər verməyə başlayıblar. Yazdıqları ağ yalandır. Hazırda heç bir depozit hesabımız və ya əmlakımız dondurulmayıb”.

Xatırladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalanıb.

Tarix: 1-02-2022, 11:04 Oxunub: 175


Bölməyə aid digər xəbərlər