21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
O 4 nəfər icraçılardır, işin başında duranlar həbs olunmalıdır - Vahid Əhmədov

O 4 nəfər icraçılardır, işin başında duranlar həbs olunmalıdır - Vahid Əhmədov

“Tərtər işi” çox ciddi məsələdir. Mən qulaq asıram ki, o zərərçəkənlərə necə də işgəncələr, əziyyətlər veriblər, dəhşətə gəlirəm. Bu işgəncələri verən 4 nəfər sadəcə icraçıdırlar. Bu işin başında duran şəxslər var və onlar həbs olunmalıdır.

GununNebzi.az
xəbər verir ki, Bu sözləri Bakupost.az -a millət vəkili Vahid Əhmədov “Tərtər işi” ilə bağlı 4 nəfərin həbs olunmasından danışarkən deyib.
Onun fikrincə kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər: “Söhbət yalnız insanlara verilən əzab-əziyyətdən yox, həm də Azərbaycan Ordusunda baş verən bu özbaşınalığın aradan qaldırılmasından gedir. Faktiki olaraq Azərbaycan Ordusunda belə işgəncə hallarına yol verilib və kifayət qədər zərərçəkən var. Onların sayı da günü-gündən artır. Ona görə də, bu, məsələni boş buraxmaq olmaz. Dövlət başçısına minnətdarlığımı bildirirəm ki, bu işi yenilədi. Azərbaycan Ordusunun dünya ordu sıralarında öz yerini tutması üçün kifayət qədər vəsaitlər ayrılıb. Eyni zamanda ordu dövlət başçısının həmişə diqqət mərkəzində olub”.

Millət vəkili bildirib ki, vəzifəsindən asılı olmayaraq, bu işdə rolu olan hər bir şəxs ciddi şəkildə cəzalandırılacaq: “Bilmirəm, bu dəhşət ordunun daxilindən, yaxud kənardan müəyyən göstərişlər, sifarişlər əsasında olub, amma məsələ tezliklə aydınlaşacaq. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq, onların hamısı məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyətə cəlb olunması üçün kifayət qədər faktlar aşkarlanıb. Öz doğma vətəndaşlarına, orduda xidmət edən insanlara belə işgəncələr veriblər. İnsan ağlına belə gətirmək istəmir. Görünür, kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər. Düşünürəm ki, Baş Prokurorluq da burada çox ciddi işlər görüb və bu işi axıra çatdıracaq. Vəzifəsindən asılı olmayaraq bu məsələdə əli olan insanların hamısı cəzalarını alacaqlar”.

Tarix: 11-02-2022, 19:48 Oxunub: 148


Bölməyə aid digər xəbərlər