23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya ordusu Xersonda strateji obyektləri ələ keçirdi

Rusiya ordusu Xersonda strateji obyektləri ələ keçirdi

“Rusiya ordusu bir gün əvvəl girdiyi Xersonda dəniz limanını və dəmiryol vağzalını ələ keçirib. Dünən gecə şəhərdə nisbi sakitlik olub, ancaq tək-tək atışma səsləri eşidilib”.

GununNebzi.az
“Seqodnya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev bildirib.

Məlumata görə, şəhərdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub, bundan sonra orada yanğın başlayıb.

Kolıxayev, həmçinin Ukrayna Prezidentindən şəhər ərazisində yüzlərlə meyiti toplamaq üçün “yaşıl dəhliz” təşkil etməyi xahiş edib. Həm də bildirib ki, Xersona yemək gətirmək lazımdır, çünki anbarlar şəhərdən kənarda yerləşir.

Bundan başqa, Kolıxayev “Azadlıq” radiosuna verdiyi açıqlamada qeyd edib ki, həm hərbçilər, həm də mülki əhali arasında ölən və yaralananlar var. Rusiya məktəblərə, hündürmərtəbəli binalara atəş açır, şəhərdə çoxlu partlayış səsləri eşidilir.
“Qafqazinfo”

Tarix: 2-03-2022, 10:52 Oxunub: 136


Bölməyə aid digər xəbərlər