15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Ukraynadan təxliyə edilən azərbaycanlıların sayı açıqlandı

Ukraynadan təxliyə edilən azərbaycanlıların sayı açıqlandı

“Bu günə qədər 2 mindən çox azərbaycanlı Ukraynanı tərk edib”.

GununNebzi.az
xəbər verir ki, bunu İTV-nin efirində Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

“Vətəndaşlarımızın təxliyəsi üçün dövlət başçısının tapşırığı ilə bilavasitə çarter reysləri təşkil olunub. Bu gün artıq üçüncü çarter reysi həyata keçiriləcək. İlk iki çarter reysi fevralın 28-i baş tutub. İlk reys 168, növbəti reyslə isə 174 vətəndaşımız təxliyə edilib. Bu gün isə növbəti 168 nəfərin vətənə dönüşü gözlənilir. Bugünkü çarter reysində xüsusilə qadınlar, uşaqlar, həssas qrup adlandırdığımız şəxslər üstünlük təşkil edir”, - deyə Leyla Abdullayeva qeyd edib.

Leyla Abdullayeva vurğulayıb ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Ukraynadakı Səfirliyi məlumat yayaraq bildirib ki, bu gün saat 12:00-da Kiyevin dəmiryol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları üçün planlaşdırılıb. Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.

Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1-dir.

Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycanın Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:

+373 781 81 361

+373 789 91 849

+373 222 32 277

Tarix: 2-03-2022, 10:54 Oxunub: 64


Bölməyə aid digər xəbərlər