23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Samir Şərifov: ​Azərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil

Samir Şərifov: ​Azərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyilAzərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil.

GununNebz.iaz xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib: “Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Burada bildiyiniz kimi, gedişhaqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir”.

Nazir qeyd edib ki, “Azəristiliktəchizat” ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: “Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.


Tarix: 2-06-2020, 17:14 Oxunub: 84


Bölməyə aid digər xəbərlər
19-04-2020, 18:24 Prezident SƏRƏNCAM İMZALADI