21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Polis olduğunu deyən xanımın taksi sürücüsü ilə mübahisəsi haqda - Açıqlama

Polis olduğunu deyən xanımın taksi sürücüsü ilə mübahisəsi haqda - Açıqlama

Sosial şəbəkələrdə taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.

GununNebzi.az
xəbər verir ki, görüntülərdə sərnişin taksi sürücüsünə telefonla danışmağı irad tutur. İlkin ehtimala görə, qadın gediş haqqını verməkdən imtina etdiyi üçün mübahisə böyüyür. Xanım sərnişin polis zabiti olduğunu deyib, pulu taksi sürücüsünün üstünə ataraq maşından düşür.

Qeyd olunan görüntülərlə bağlı DİN Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib:

"Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər. Yanında azyaşlı övladı olan L.Mustafayevanın avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb. Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər".

Tarix: 17-05-2022, 18:50 Oxunub: 155


Bölməyə aid digər xəbərlər