23:02 / 27-01-2025
Tanınmış azərbaycanlı reper 6 kq narkotiklə SAXLANILDI - FOTO
22:32 / 27-01-2025
Avtoxuliqanlıq edən yük maşınının sürücüsü həbs edildi - Video
22:28 / 27-01-2025
“Birbank”a nə olub? - Rəsmi açıqlama
22:26 / 27-01-2025
Lukaşenkonun həyat yoldaşına da sanksiya tətbiq etdilər
18:05 / 27-01-2025
Bakıda daha bir klinikada ölüm
18:04 / 27-01-2025
Körpə doğuş vaxtı öldü
17:59 / 27-01-2025
Samir Şərifova yeni vəzifə verildi
17:58 / 27-01-2025
Bu qanunda dəyişiklik edildi
17:02 / 27-01-2025
Prezident onu təltif etdi
17:00 / 27-01-2025
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
15:41 / 27-01-2025
BMU tələbələrinin hazırladığı “Zəngəzur” PUA-sının - Yeni görüntüləri
14:59 / 27-01-2025
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO
14:56 / 27-01-2025
"Fəvvarələr" meydanında qanunsuz tikintinin qarşısı alındı
14:55 / 27-01-2025
Əkrəm İmamoğlu ilə bağlı istintaq başladıldı
13:46 / 27-01-2025
İlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar
13:33 / 27-01-2025
Prezident Lukaşenkoya zəng etdi
13:32 / 27-01-2025
Plastik cərrahların nəzərinə! - Sənəd qəbulu dayandırılır
13:23 / 27-01-2025
Bakıda ət bir az da bahalaşdı - Video
13:07 / 27-01-2025
“Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara-qura iş var” - Video
11:07 / 27-01-2025
Azərbaycanda tanınmış iş adamı həbs edildi
11:04 / 27-01-2025
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
10:04 / 27-01-2025
Alim Qasımovun ailəsində xoş gün - Fotolar
20:23 / 26-01-2025
"Ermənistan Azərbaycanı dəstəklədiyimə görə məndən inciyir" - Lukaşenko
20:07 / 26-01-2025
“İtirilmiş bağlamalar” adlı paylaşımlarla əlaqədar AÇIQLAMA
20:04 / 26-01-2025
Lukaşenko Ukrayna müharibəsi haqqında: Bu il tunelin sonunda işıq görünəcək
14:06 / 26-01-2025
Ərdoğan Xocalıya gələcək
09:21 / 26-01-2025
Bu pendiri hətta böyük endirimlə də almayın - XƏBƏRDARLIQ
08:26 / 26-01-2025
“Məni həbs etsələr, ömürlük verməlidirlər”
01:06 / 26-01-2025
Zelenski Əliyevlə Davosda bunu danışıbmış
16:49 / 25-01-2025
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
16:46 / 25-01-2025
Rusiyada sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəza edib
16:45 / 25-01-2025
Bərdədə övladlarını itirmiş qadın intihar edib
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - Vaxt açqılandı
İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil körpülərini 1 ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.
GununNebzi.az xəbər verir ki, bunu Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.
O xatırladıb ki, bununla bağlı iki ölkə arasında bir müddət əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb.
"Biz bu gün İranın yol və şəhərsalma naziri ilə avtomobil yolu körpülərinin tikintisini və maliyyələşdirilməsi məsələsini, eyni zamanda, layihələrin texniki detallarının layihələndirilməsinin başa çatdırılmasını müzakirə etdik. Düşünürük ki, bir il ərzində avtomobil körpülərini tikib istifadəyə verə bilərik”, - o diqqətə çatdırıb.
Şahin Mustafayev qeyd edib ki, dəmir yolu sahəsində də İşçi qrupu təşkil edilib və artıq texniki detalların müzakirələrinə başlayıblar: "Eyni zamanda, elektrik xətlərinin tikintisi üçün də müzakirələr aparılır. Bu layihələr İran və Azərbaycan üçün böyük faydalar gətirəcək, faydalı tranzit bağlantıları olacaq və xalqlarımız bundan faydalanacaq”.
Şahin Mustafayev vurğulayıb ki, İran və Azərbaycan arasında əməkdaşlıq genişdir: "Əməkdaşlıq nəqliyyat, tranzit, enerji, neft, qaz və investisiya sahələrini əhatə edir. Bu sırada nəqliyyat və tranzit sahələri ən prioritet sahələrdən biridir. Bizim bu sahədə çox uğurlu əməkdaşlığımız var. Təkcə onu qeyd edim ki, avtomobil daşımalarının həcmi 2021-ci ilin ilk 3 ayında keçən ilin həmin dövrü ilə müqayisədə 70 faiz artıb. Bu sahədə çox böyük potensial görürük və bir sıra layihələri müzakirə etdik”.
Baş nazirin müavini Astaraçay üzərində avtomobil körpüsünün tikinti layihəsinin 6 ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib: "Astarada dəmir yol yük terminalının bu ilin sonunadək başa çatdırmaq niyyətindəyik. Düşünürük ki, bu iki layihə də Şimal-Cənub dəhlizinin ən vacib komponentlərindən biri olaraq bu dəhlizin gücünü artıracaq”.
İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi isə inşa olunacaq körpüləri qardaşlıq körpüsü adlandırıb.
O qeyd edib ki, böyük avtomobil yolu, dəmir yolu bağlantısı və enerji xətlərinin bağlantısının bir il ərzində başa çatdırılması haqqında razılıq əldə olunub. Bunun üçün artıq işçi qruplar təşkil olunub, sabahdan araşdırmalarını davam etdirəcək və bir ilə həmin körpülərin tikintisi başa çatdırılacaq.
Xatırladaq ki, Bakı və Tehran arasında "İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda baş tutub.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-05-2022, 21:44 Oxunub: 168
Bölməyə aid digər xəbərlər
5-04-2022, 16:20
Şərqi Zəngəzurla bağlı Anlaşma Memorandumu təsdiqləndi
25-01-2022, 19:09
Azərbaycan və İran razılığa gəldi - Fotolar
19-01-2021, 18:30
Azərbaycan və İran Araz çayı ilə bağlı razılığa gəldi
4-05-2022, 16:33
“Zəngəzur dəhlizi artıq reallıqdır” - İlham Əliyev